Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Saakaşvilidən Azərbaycanla bağlı növbəti proqnoz

«Ukrayna hadisələri gələcəyini müəyyən etmək istəyən ölkələri, xüsusən də Azərbaycanı ilhamlandıracaq»

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada baş verənlərlə bağlı səsləndirdiyi fikirlər maraq doğurur. Ukraynadakı proseslərin qələbəsinin Rusiyanın imperiya kimi çöküşünün əsasını qoyacağını düşünən Saakaşvili Kiyevdəki proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini dyeib. Saakaşvili əminliklə bəyan edib ki, Ukraynadadkı hadisələr bütün dünyaya öz təsirini göstərərcək: “Gürcüstanla müqayisədə Ukrayna çox böyük ölkədir. Bu baxımdan Ukraynada baş verənlər bir təcrübədir. Burada baş verən hadisələr öz gələcəyini müəyyən etmək istəyən ölkələri, xüsusən də Azərbaycanı, Moldovanı, Ermənistanı ilhamlandıracaq. Bu hadislər eyni zamanda, Rusiyadakı bir sıra qüvvələrə də təsir edəcək”.

M.Saakaşvili onu da əlavə edib ki, gələcəkdə tarixi yazanlar deyəcəklər ki, Rusiya imperiyası öz mövcudluğunu Kiyevin Maydanında başa vurdu və bu belə də olacaq: «Xalq mütləq qələbə çalacaq, mən əminəm ki, yaxşı gün və gələcək bütün xalqları birləşdirəcək. Bu doğrudan da həqiqətdir. Tarixçilər nə vaxtsa Rusiya imperiyasının süquta enəcəyi haqda yazacaqlar. Özü də imperiyanın bu “faciəli süqutunu” Maydanın qələbəsilə bağlayacaqlar. Xalqlar gələcəyə inanır və bilir ki, onların gələcəyi bütün xalqların birləşməyindədir”.
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28
Rusiyada saxta nik