Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Dəmir yolunda fantastik qiymət artımı

«Nəqliyyat sektorunda qiymət artımlarının əsaslandırılmaması daha çox korrupsiya məqsədlərinə xidmət edir»

2014-cü ildən Azərbaycan ərazisində dəmir yolu tarifləri təxminən 31 % artıb. Lakin bununla bağlı geniş açıqlama verilməyib. Bu sahədə qiymətlərin artmasına ehtiyac var idimi?

İqtisadçı-ekspert Məhəmməd Talıblı qiymət artımının ictimai zərurət olan halda artırıldığını deyir. Amma indiki halda daşımalarda qiymət artımı əsaslandırılmadı və ictimaiyyətə də bununla bağlı məlumat verilmədi.

Ekspertin sözlərinə görə, qiymət artımlarının gizli formada baş verməsi əslində bu artımların əsaslandırılmasının olduqca çətin olduğundan xəbər verir. Bu da çoxlu suallar doğurur. Qiymət artımından yalnız dəmir yolu xidmətlərindən istifadə edən vətəndaşlar xəbər tuta bilib. Nəqliyyat sektorunda qiymət artımlarının əsaslandırılmaması daha çox korrupsiya məqsədlərinə xidmət edir.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber