Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

İsrail əsgərləri azyaşlı fələstinliyə işgəncə edərək onunla şəkil çəkdirirlər

İsrailin Qüds şəhərində əskərlərin azyaşlı fələstinliyə qarşı işgəncəsi müstəqil jurnalistlərdən birinin gözündən qaçmayıb.

Əl-Əzəriyə kəndində çəkilən kadrlarda əskərlərin 13 yaşlı uşağın ayağına rezin güllə ilə atəş açması və daha sonra boğazından tutaraq xatirə fotoşəkli çəkdirməsi əks olunur.

Hadisə ötən cümə günü baş verib. Əlləri bağlı olan uşaq daha sonra avtomobilə yerləşdirilərək bölgədən uzaqlaşdırılır.

Məsələ ilə bağlı BMT-nin insan haqları müdafiəçilərinin mövqeyi hələlik açıqlanmayıb.

Hadisənin geniş əks-sədaya səbəb olacağı gözlənilir.
1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber