Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Daha 75 polis İstanbulda vəzifəsini itirdi

Dekabrın 17-də başlayan korrupsiya və rüşvətxorluğa qarşı əməliyyatdan sonra hüquq-mühafizə orqanlarında vəzifədən azad edilmə və iş yerlərinin dəyişdirilməsi davam edir.

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, fevralın 10-da İstanbulun baş polisi Hüseyn Çapkında daxil olmaqla çoxlu sayda polisin iş yeri dəyişdirilib.

Mənbə bildirib ki, Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsində çalışan 75 polisin də iş yerlərinin dəyişdirilməsi haqda qərar qəbul olunub.
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber