Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Bakıda nəhəng söküntü korrupsiyası

“Sovetski”də söküləcək evlərin sakinlərinə ən azı 1 milyard manatlıq təzminat veriləcək; Bakı Şəhər İcra Hakimiyyəti hamam-tualetə, otaqlara və həyətyanı sahəyə fərqli tariflər tətbiq etməklə indidən korrupsiya ocaqları yaradır
Bakının “Sovetski” adlan ərazisində 10 min evin sökülməsi nəzərdə tutulub. Milli Dram Teatrının yanından Hüseyn Cavid prospektinə qədər olan ərazidə köhnə tikililərin sökülməsi və böyük bir parkın salınması nəzərdə tutulur. Bu layihə əslində Respublika Sarayının arxasından Milli Dram Teatrının yanınadək inşa edilən Qış Bulvarı layihəsinin davamıdır, öncədən planlanmışdı.


Bu layihə Böyük Bakının Regional İnkişafPlanında əsas istiqamətlərdən biridir. Bu plan hələ sovet dövründəplanlaşdırılıb. Sovet dövrünün planına görə, Dəniz Vağzalından Hüseyn Cavid bağınaqədər yaşıllıqdan ibarət xiyaban salınmalı idi. İndi köhnə plan yeniləşib.Heydər Əliyev Sarayının arxasından Hüseyn Cavid bağına qədər nəhəng parkkompleksinin yaradılması layihəsinə start verilib. Eyni zamanda “Kubinka”, Bakı Dövlət Sirkinin ətrafı kimiyerlərin sökülməsi hesabına da parkların salınması nəzərdə tutulub. Ancaqməsələ bundadır ki, bu söküntü layihələri korrupsiya riskləri ilə zəngin olur.Ona görə də evləri söküləcək sakinlər təşviş içindədirlər.

Qış Bulvarı ərazisində söküntü işləriaparılan zaman baş verənlər yaddaşlardan hələ də silinməyib və eyniqanunsuzluqların yenidən təkrarlanacağı qorxusu yaşanır. “Sovetski” kimi tanınanərazisində söküləcək tikililər Çingiz Mustafayev küçəsindən başlanacaq. Ç.Mustafayevküçəsindən Süleyman Rəhimov küçəsinə qədər ərazini əhatə edəcək ilkin söküntü bumuhissə-hissə başqa küçələrə də çatacaq. Bəşir Səfəroğlu küçəsindəki tək nömrəlievlər, Çingiz Mustafayev küçəsində hamısı, Vidadi, Mirzağa Əliyev küçələrindəcüt nömrəli evlər, Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan və “Sovetski”də bütünevlər yerlə-yeksan olunacaq.

Söküntü işlərinə hələ start verilməmişkorrupsiya maşını indidən işə düşüb. Artıq indidən sökülən evlərin hər kvadratmetrinə görə 1500 manat təzminat veriləcəyi bəllidir. Bu məsələdə istisnalarolmasaydı, korrupsiya risklərinin minimuma enəcəyini söyləmək olardı. Ancaq təəssüfki, Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi qaydalar bu prosesdə dəkorrupsiya elementlərinin zəngin olacağından xəbər verir. Məsələn, Bakımeriyası sakinlərə xəbər verir ki, sırf yaşayış yerlərinin, yəni otaqlarınhəcminə görə hər kvadrat metrinə 1500 manat təzminat verəcək. Yardımçı tikililərəgörə kompensasiya isə bundan xeyli az olacaq. Məsələn, hamam-tualetin hərkvadrat metrinə görə 700 manat, mənzilə aid həyətyanı sahənin hər kvadratınaisə 300 manatdan kompensasiya veriləcəyi gözlənilir. Bu, absurdun son həddidir.Guya mənzil bazarında otaqlar ayrı, hamam-tualet isə ayrı qiymətə satılır. Həyətyanı torpaq sahəsinin hər kvadrat metrinə 300 manatveriləcəyi isə heç bir tənqidə dözmür. Axı prinsiplərə görə, təzminat vətəndaşınmülkünü əhatə edən ərazinin sahəsinə görə verilir. Otaqlar da, eyvanlar da,hamam-tualet də, torpaq sahəsi də həmin mülkün komponentləridir. Bu absurd standartıBŞİH hansı ağıl və məntiqlə müəyyənləşdirib? Təbii ki, bu, potensial korrupsiyaocaqlarının yaranmasına hesablanmış bir “satandartdır”.

Təxmini hesablamalara görə, söküntüişlərinə və sakinlərin köçürülməsinə 1 milyard manatdan çox vəsait xərclənəcək.10 min sakinin hər birinə orta hesabla 100 min manat təzminat verilsə, deməli, təkcətəzminat xərcləri 1 milyard manatdan az olmayacaq. Buraya söküntününmaliyyələşdirilməsi və ərazinin abadlaşdırılması xərclərini də əlavə etsək,nəhəng bir məbləğ yaranacaq - ən azı1,2 milyard manat. Layihə dövlətsifarişi olduğundan vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Nazirlər Kabineti2014-cü il üzrə dövlət investisiyalarının bölüşdürülməsi üzrə hələ qərarvermədiyindən layihəyə nə qədər vəsait ayrılacağı bəlli deyil. Ancaq istənilənhalda layihənin ilkin dəyəri 1 milyard manatdan az olmayacaq. Təbii ki,layihənin icrasına məsul olan məmurlar bu vəsaitin bir hissəsini mənimsəməyəçalışacaq. Meriyanın hamam-tualetə, otaqlara və həyətyanı sahəyə fərqli tariflərintətbiqi “zərurəti” elə buradan qaynaqlanır. Hər mənzildəki 15-20 kvadrat metrhamam-tualet, həyətyanı sahə ilə manipulyasiya edib 15-20 min manat qənaət etsələr,bu 150-200 milyon manat “gəlir” deməkdir.

Beləliklə, məmurlar yeni korrupsiya fantaziyalarınıişə salıb. “Ağ şəhər” layihəsində məmurların korrupsiya fantaziyaları yeniformada üzə çıxdı. 1 ildir “Ağ şəhər” layihəsinə - Bakının Xətai rayonundayerləşən və “Qara şəhər” adlanan ərazidə yeni müasir mərkəzin yaradılmasına startverilib. Ərazidə məskunlaşan sakinlərin bildirdiyinə görə, burada dövlətadından rəsmi qurumlar yox, dəllallar danışır. Dəllallar 100 min manat dəyəriolan evi sahibindən 150 min manata alırlar, sonradan həmin evi dövlətə 2 dəfə bahaqiymətə satırlar - təzminat alaraq.

Görünür, zəngin korrupsiya təcrübəsinəsahib olan məmurlar “Sovetski”də fərqli yeyinti texnologiyası tətbiq etmək niyyətindədirlər./musavat/
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı