Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

İdeal çəkiyə malik olmaq üçün 10 yol

Arıqlamaq çox da çətin bir iş deyildir. Bir şərtlə ki, hansı qapıdan daxil olmağınızı biləsiniz. İdeal çəkiyə malik olmaq üçün 10 yol təqdim edilir ki, hər birinə işarə edək.

Özünüz üçün hədəf təyin edin.

Əgər arıqlamaq istəyirsinizsə, əvvəlcə hədəfinizi müəyyən edin və onu yaddaş edin. Sonra da özünüz üçün bir proqram qurun. Sizi hədəfinizə yaxınlaşdıran yolları yaddaş edin. Bu üsul yolunuzu nizama salacaqdır.(Tebyan saytına istinadən)

Siz mərhələ-mərhələ irəliləyəcəksiniz. Birinci mərhələ odur ki, həyatda hansı səpkidə irəliləmək istəyirsiniz. Arıq olmaq istəyirsiniz, yoxsa kök? Neçə kilo olmaq istəyirsiniz? O zaman ki, aydın bir cavab əldə etdiniz, bu o deməkdir ki, yolun yarısını arxada qoymusunuz. Əmin olun ki, hədəfinizi müəyyən edəndən sonra sürətlə irəliləyəcəksiniz.

Hər nə gəldi yemək qadağandır.

Mətbəx - yemək bişirmək yeridir və orada yemək hazırlamaq üçün vasitələr, yəni qazan, boşqab olmalıdır. Orada biskvit, ya da başqa bir dadlı şirniyyat sizə göz vurmamalıdır. Əgər bu cür şeylər əlinizin altında olarsa, təbiidir ki, sizi özünə tərəf çəkəcəkdir. Bəzi mətbəxlər isə həqiqətən şam bazarıdır. Orada hansı yemək istəsəniz, tapa bilərsiniz. Mətbəxə xüsusi diqqət edin və sizi bu hədəfinizdən yayındıracaq heç bir şeyi əldə qoymayın.

Nə qədər bacarırsınızsa, yeməyi evdə yeyin.

Statistika göstərir ki, bəzi qida büdcələrinin 30%-i restoranlarda yemək yeməyə ayrılmışdır. Ancaq siz pulunuza qənaət edə bilərsiniz. Çalışın yeməyinizi evdə yeyəsiniz. Bayırda hazırlanan yeməklərin əksəriyyəti yağlı yeməklərdir. Ev yeməyi kimi sağlam deyildir. Bəlkə deyəcəksiniz ki, bu günün qarışıq bir dünyasında ev yeməklərinə vaxt qalmır. Ancaq əgər sağlam olmağı və arıqlamağı istəyirsinizsə, özünüzə az da olsa əziyyət verib, sağlam yemək hazırlayın. Bu, elə də əziyyətli bir iş deyildir, axşamları həyat yoldaşınızla bir yerdə mətbəxə gedin və bir yerdə sağlam yemək hazırlayın. Həm şam yeməyi üçün və həm də sabahkı nahar üçün.

Bədəninizin metabolizmini yuxu ilə yuxarı qaldırın.

Mütəxəssislərin nəzərinə görə o zaman ki, kifayət qədər yatmırsınız, hazır yeməklərin sorağına gedirsiniz. Yuxusuzluqla yanaşı, yediyimiz yeməklə hormonlarımızın səviyyəsini dəyişmiş olarıq. Adətən o insanlar ki, yaxşı yatmırlar, kortizol hormonu daha çox istehsal edilər. Çox təəssüf ki, bunun nəticəsində bədən daha çox yağ ehtiyatı toplayır. Yuxusuzluq gerlin və leptin hormonlarını da bir-birinə vurur.

İdman proqramı qurun.

İdman çox faydalıdır. Ancaq əgər hər gün eyni idmanı təkrar edərsinizsə, yorulacaqsınız. Müxtəlif idman üsullarından istifadə edin. Bədəninizin müxtəlif yerləri ilə işləyin.

Səhər yeməyini çox və şamı az yeyin.

Mütəxəssislər 6764 qadın və kişi üzərində apardıqları tədqiqat nəticəsində belə bir qərara gəlmişlər ki, o insanlar ki, səhər yeməyində daha çox kalori və şam yeməyində daha az kalori qəbul edirlər, arıq olurlar. Ona görə də səhər yeməyinə daha çox yer verin.

Dadlı sözünün mənasını dəyişin.

Adətən qarşımıza dadlı bir yemək qoyanda gözümüz heç nəyi görmür, axırıncı tikəni yeyənə qədər əl çəkimirik. Çox təəsüf ki, beyin çox kalori yeməkləri dadlı yeməklər kimi qəbul edir və qiymətləndirir. Ona görə də kalorisi çox olan yeməklərin tərəfdarı da çox olur. Bunun qarşısını almaq üçün gərək kalorisi az olan yeməklərə baxışımızı dəyişək. Əlbəttə, seçim sizinlədir. Əgər sağlam və az çəkili olmaq istəyirsinizsə, baxşınızı dəyişin.

Günün yeməklərinin heç birindən əl çəkməyin.

Səhər yeməyindən əl çəkmək nəticəsində gün ərzində daha çox yemək yeyəcəksiniz. Səhər və nahar yeməyində nə yeyəcəyiniz də mühümdür. Səhər yeməyində elə şeylər yeməlisiniz ki, gün ərzindəki enerjinizi təmin edə bilsin. O insanlar ki, axşamları çox yeyirlər, onlar səhər yeməyini az yeyənlərdir.

Ətrafınızdakılardan kömək alın.

Çəkini azaltmaq çox səy tələb edir. O insanlar ki, arıqlayırlar, adətən ailəsinin və ya dostlarının köməyi ilə bunu etmiş olurlar. Ona görə də qərarınızı dostunuza və ya ailənizə də deyin ki, sizə yardım edə bilsinlər. Onlardan istəyin ki, sizi təşviq edib, həvəsləndirsinlər.

Çətin pəhrizə girməyin.

Çətin pəhrizi yaddan çıxardın. Çünki çətin pərhizləri etmək istəyənlərin bir çox yarı yolda qalırlar və əvvəlki çəkilərinə geri qayıdırlar. Çünki bu pəhrizə hər adam taqət gətirmir. Ona görə də çox çətin pəhrizlərə müraciət etmək lazım deyildir.

Beləliklə deyə bilərik ki, ideal çəki əldə etmək üçün sağlam və münasib yemək yeyin. Bu cür qidalanma sizi kökəlməkdən və xəstələnməkdən qoruyar. Sizə lazım olan enerjini verər. /deyerler/

1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41