Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

İraq parlament sədri terror aktından xilas olub

İraq parlament sədri Üsamə ən-Nuceyfi Nuri əl-Malikinin terrora qarşı mübarizə siyasətinə zidd olan əsas siyasi rəsmidir

İraqda silahlılara qarşı hərbi əməliyyatları tənqid edən siyasi rəsmiyə qarşı terror aktı törədilib.

İnterAz–ın əl-Cəzirə-yə istinadla verdiyi xəbərə görə, İraq parlamentinin sədri Usamə ən-Nuceyfini hədəfə alan terror aktı o, Neynəva əyalətinə səfər edən zaman törədilib.

Mosulun cnubunda onun maşın karvanı yolda quraşdırılmış bomba vasitəsilə hədəfə alınıb.

İraq təhlükəsizlik qüvvələri bu hadisədə 6 nəfərin yaralandığını və parlament sədrinə heç nə olmadığını bəyan ediblər. Bildirək ki, İraq parlament sədri Üsamə ən-Nuceyfi Nuri əl-Malikinin terora qarşı mübarizə siyasətinə zidd olan əsas siyasi rəsmidir. O, dəfələrlə əl-Ənbarda silahlılara qarşı aparılan hərbi əməliyyatları tənqid edib.
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53