Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Məhəmməd ölüm ayağındadır

Qəyyumu olduğum Məhəmməd Mehdizadə çox ağır vəziyyətdədir. İndicə xəstəxanadan gəlirəm. Uşaq boğulur. Uşağın bələğəmini çıxaramaq üçün onu  nəcis iyi verən  asistantla   inqalasiya etmək   istəyirlər.  Boğulmaqda olan uşaq iy buruna dəyən kimi ürəyi bulanır.  Mən xəstəxanadan  Bredual və Pulmikort almaq üçün  çıxmışam.  Həkim onlarda bu dərmanların olmadığın deyib.

Mən - qəyyumuluğa verilmiş uşaq üçün  dövlətdən bir qəpik də almayan,  dörd ildir uşaqla məşğul olduğum görə  evimə bir qəpik də gətirməyən,  (halbuki lənətə gəlmiş bu  hakitmiyyətin qəbul etdiyi qanunlar qəyyuma, əlil uşağın qululuğnda duran adama küllü miqdarda müavinət böyun olur ), mən  növbəti borc içərisinə  girirəm.  Amma yenə də uşağı xilas edə bilmirəm.  Evimi satmaq qərarına gəlib, uşağa böyrək köçürtdürdüm.  Nəticəsi belə oldu.

Həkimlər vəziyyətin həddindən artıq kritik olduğunu deyirlər.

Mənim dövlətə, İlham Əliyevə, Mehriban Əliyevaya müracətilərimin heç bir nəticəsi olmadı.

Azərbaycan, türk, rus dillərində sərbəst danışan, ingilis dilində fikrini ifadə etməyə yiyələnmiş,  böyrək köçürüləndən sonra dörd ay içində bijlogiya, kimya, fizika kimi kitabları əməlli başlı mənisəyən istedadlı bir uşaq gözümün qarşısında laqeydliyin qurbanı olur.

Uşaq fevralın 6-da əməliyyat olunub.  Mənim dəfəlrlə bu fb yazıdığım kimi uşağı biopsiya etmək əvəzinə uşağı götürüb yardılar. Onkoloji Mərəkzin konsiliumnda mənə açıq şəkildə deyilmişdi ki, uşaqda ankoloji problem yoxdur. Məni və uşağı başlarıdan elməmişdilər. Əlimdə  Onkoloji mərkəzin baş həkimini imzası ilə təsdiq  olunmuş  sənəd var. Səhiyyə nazirliynin təkidi ilə  uşağı yarandan sonra deyirlr ki, uşaq ankoloji xəstədir, xərəçənk metastaz verib. Belə də dəşhət olarmı?  Uşağı biopsiya etmək istəyən  cərrah var idi. Mən həmin cərrah haqqında Fatma Abdullayevanın  müavini Məhərrəmə demişdim və xahiş etmişdim uşağı yarmasınlar, qabaqcadan biopsiya götürsünlər. Məhərrəm isə mənə demişdi ki,  çıx get, o uşaq, o da o həkim biopsiya etsin və sonra telefonu asmışdı.

Səhiyyə nazirliy bizdən intiqam aldı.

Mənim uşağın həyatan xilas etmək fasiləsiz cəhdlərim  uşağın əleyhinə yönəldi. Uşağı Səhiyyə nazirliyi bu hala salıb. Mən bu sözləri nazirliyn əməkdaşı Ceyhun Məmmədliyə da demişəm.

Mən indii hamını Məhəmmədin facəsini görməyə dəvət edirəm. Elmira Süleymanovanı, Qənirə Paşayevanı,   Əkrəm Əylislini,  Arzu Abdjullayevi,  Eldar Namazovu, İsa Qəmbəri, Əli Kərimlini,  Cəmil Həsənlini, Erkin Qədrlini,  yadıma düşən, düşməyən hamını, bütün ictimai, siyasi  xadimləri, Allah adamlarını  Məhəmmədi yoluxmağa  çağırıam.

Məhəmməd Onkoloji Mərkəzin Uşaq Onkologiyası korpusunda, 313 otaqda yatır.

Gəlin görün kimsəsiz bir körpənin başına nə oyun açıblar./faktxeber/

1539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP