Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Eldəniz Quliyev həbs edilə bilər?

EL hərəkatının sədri “heç nəyi istinsa etmək olmaz” deyir
Yanvarın 11-də Əli Əliyevin vəkilləri EL hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevə qarşı cinayət işinin açılması üçün iddia ərizəsini Yasamal Rayon Məhkəməsinə təqdim edəcəklər.

Bu barədə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib.

R.Hüseynov deyib ki, Əli Əliyev onu təhqir edən və ona böhtan atan şəxsin qanun müstəvisində cavab verməsini məqsədəuyğun sayır.

Qeyd edək ki, özünü demokratik düşərgənin təmsilçisi hesab edən şəxslərin öz aralarında yaranmış problemi məhkəmə yolu ilə həll etmək cəhdi tez-tez rast gəlinən hal deyil.

EL hərəkatının sədri Eldar Namazov isə Əli Əliyevi demokratik düşərgənin təmsilçisi hesab etmir. Bu barədə “Yeni Müsavat”a açıqlamasında E.Namazov bildirdi ki, Əli Əliyev bir neçə il öncə demokratik düşərgədən ayrılıb: “Nə cür, hansı biabırçılıqla ayrıldığı da hər kəsə məlumdur. Əli Əliyev bir neçə ay əvvəl mənim həbs olunmağımın vacibliyi ilə bağlı bəyanat verirdi. Onun indi Eldəniz Quliyevin həbsini tələb etməsi demokratik düşərgə təmsilçisinin tələbi yox, kənar düşərgənin təmsilçisinin demokratik düşərgəyə qarşı addımı kimi qəbul edilməlidir. Demokratik düşərgəyə kənardan hücumlar olur. Həmin hücumların birini də Əli Əliyev edir. Hədəfdə olan insanlar isə hücumlara cavab vermək zorunda qalırlar. Mənzərə bundan ibarətdir. Düzdür, demokratik qüvvələrin içərisində də hərdən gərginlik yaşanır. Ancaq sevindiricidir ki, hələlik kiminsə kimi isə məhkəməyə verməsi və həbs olunmasını tələb etməsi halı yoxdur. Ümid edirəm ki, belə bir hal bundan sonra da olmayacaq”.
E.Namazov “Əli Əliyevin şikayəti Eldəniz Quliyevin həbsinə səbəb ola bilərmi” sualına belə cavab verdi: “Bunun üçün heç bir hüquqi əsas yoxdur. Qarşı tərəf Eldəniz Quliyevi təhqir edən, ona böhtan atan çoxlu sayda açıqlamalar, məqalələr verib. Eldəniz Quliyev onların bir cild bu tipli bəyanatlarını toplayıb məhkəməyə təqdim edə bilər. Ona görə də burada hansısa hüquqi əsaslar yoxdur. Ancaq hakimiyyət tərəfindən dəfələrlə bu cür təzpyiqlərdən istifadə olunduğu üçün heç nəyi istisna etmək olmaz. Biz təbii ki, öz həmkarımızı daim müdafiə edəcəyik”.

E.Quliyev isə heç nədən qorxmadığını deyib. Onun fikrincə, məhkəmə iddiası bumeranq olaraq bu iddianı sürənlərin özlərinə qayıdıb dəyəcək: “Mən arxivə baxdım. Məlum oldu ki, 20-dən çox söyüş, təhqir məqaləsi var. Mənim, Rüstəm İbrahimbəyovun, Milli Şuranın ünvanına Əli Əliyevin və ətrafındakıların söyüşlə, təhqirlə, təhdidlə dolu fikirləri yer alan yazılar var. Ona görə də lazım olsa, qarşılıqlı məhkəmə iddiası qaldırılacaq. Eyni zamanda paralel olaraq, biz Milli Təhlükəsizlik Nazirliyinə də müraciət eləmək haqda düşünürük. Yadınızdadırsa, bunlar bizim Rusiyanın proyekti olmağımızı, Rusiyaya, İrana işlədiyimizi, hətta Rusiya ilə İranın casusu olduğumuzu iddia etmişdilər. Ona görə də bunlar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırılmalıdır. Bu araşdırma təbii ki, bizə qarşı böhtan atıldığını ortaya çıxaracaq. Bu cür ciddi böhtana görə isə böhtan müəllifləri məsuliyyət daşımalıdırlar”./musavat/
1283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.