Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Azərbaycanlı “terrorçu”lar Yunanıstanda

Yunanıstanın paytaxtı Afinada DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) terror təşkilatına qarşı əməliyyat keçirilib.

Polis dünən DHKP-C üzvü olan 4 Türkiyə vətəndaşını saxlayıb. Afinanın Gizi və Kipseli səmtlərindəki 2 mənzilə edilən basqın zamanı xeyli sayda silah və partlayıcı maddə, Afina və Türkiyə xəritələri, DHKP-C-yə aid sənəd və fotoşəkillər ələ keçirilib. Adları açıqlanmayan 4 Türkiyə vətəndaşının özlərini qonşularına “azərbaycanlı rəngsazlar” kimi təqdim etdiklərini xəbər verilir. Onlardan birinin də Türkiyədə cinayət törətdiyi deyilir.

Ötən həftənin şənbə günü isə Kritdə Türkiyənin İnterpoldan “qırmızı bülleten” ilə axtarışa verdiyi 44 yaşlı bir qadın terrorçu tutulmuşdu.
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10