Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Azərbaycanda quru çay bahalaşdı

Qablaşdırılmış quru çayın qiyməti 0.10 - 0.30 AZN arası bahalaşıb.

Əsas qiymət artımı yerli quru çay istehsalı ilə məşğul olan şirkətlər tərəfindən baş verib.

“Azərçay”, “Final”, “Paşa”, “Beta”, “Chempion” çaylarının 100 qramlığında 0.10 AZN, 500 qramlığında isə 0.30 AZN bahalaşma qeydə alınıb.

Ticarət mərkəzlərində 100 qramı 0.90 AZN-ə (topdan satışı 0.83AZN) - 1 manata, 500 qramı 4 manat 0.30 AZN-ə (topdan satışı 4 manat 0.23 AZN) olan quru çaylar isə mağazalarda 4 manat 0.60 AZN-ə satılır.

Ticarət obyektlərindən bildirdilər ki, bahalaşma bir neçə gündür qeydə alınıb. Qiymət artımı şirkətlər tərəfindən heç bir əsas gətirilmədən edilib./aznyus/
1749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
21.01.17, 10:11