Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

300-dən çox məhbus damarlarını doğradı

Hadisə Gürcüstanın Qequt həbsxanalarının birində baş verib.

Kütləvi şəkildə damar doğrama hadisəsi Gürcüstanın qərbində Kutaisi rayonu yaxınlığında yerləşən Qequt həbsxanasında baş verib. 300-dən çox məhbus damarlarını kəsiblər.

Xatırladaq ki, fevralın 7-də Qequt islah əmək koloniyasının 1000-ə yaxın məhbusu həbsxana əməkdaşları tərəfindən sərt rəftara, zorakılığa son qoyulması tələbi ilə aclıq elan edib. Rəhbərliyin bu aksiyaya məhəl qoymadığını görən məhbuslar damarlarını kəsməklə diqqət çəkmək istəyiblər. Bu arada məhbusların qohumları və yaxınları aksiya təşkil edərək türmə rəhbərliyinin istefasını tələb edirlər. Gürcüstanın cəzaların yerinə yetirilməsi naziri Sozar Subari isə baş verənləri kriminal avtoritetlər tərərəfindən düşünülmüş plan adlandırırb.
1509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11