Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

"Qarabağın müdafiə naziri" Azərbaycanı hədələdi

“Azərbaycana qalib gəlmək üçün gücümüzü daha da artıracağıq”.

“Gələn il eşidəcəksiniz ki, yeni, böyük dağıdıcı gücə malik uzaq mənzilli silahlar əldə etmişik”. Tanınmamış Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Movses Akopyan keçirdiyi mətbuat konfransı zamanı belə deyib.

“Əlimizi-qolumuzu sallayıb oturan deyilik” deyə hədələrlə dolu bəyanatlar səsləndirib. Bölgədə təhlükəsizlik məqsədilə silahlanma balansının guya Azərbaycan tərəfindən pozulduğunu iddia edən nazir “Məqsədimizə çatmaq üçün nə qədər lazımdırsa, o qədər də silahlanacağıq” deməklə növbəti yalanlarını ifşa edib. Beynəlxalq ictimaiyyət arasında müharibə istəmirik deyə bəyanatlar səsləndirən Ermənistan tərəfinin müharibə həvəsində olduğunu gizlədə bilməyib.

M. Akopyan bir qədər də irəli gedərək, “hətta təhlükəsizliyimizin təminatı üçün Rusiyanın hərbi bazalarına da ehtiyacımız yoxdur” deyib.
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi