Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Sabirabad sakini özünü öldürmək üçün iki nazirdən kömək istədi

«Ya mənə kömək olun, ya da qazanacağım günaha şəriksiniz»

“Hörmətli nazirlər, bir insanın taleyi doğrudan da sizin üçün maraqlıdırsa, bilin, mən ölümlə üzbəüzəm. Bu günə qədər özümü öldürməməyimin bir səbəbi var - cəsarətsizliyim, qorxaqlığım.
Bir neçə dəfə özümü odlamaq da istəmişəm. Ancaq bunu bacarsaydım nə dərdim olardı ki. Mən yataq xəstəsiyəm. Ən böyük hərəkətim yerimdə o tərəfə, bu tərəfə çevrilməkdi, onu da zülmlə. Bu məktubu başqası xahişimlə yazır”.
Bu sözlər Sabirabad rayon Xəlfəli kənd sakini 52 yaşlı Göyçək Nadirovanın müraciətindəndir. O, nazirlərə Oqtay Şirəliyev və Səlim Müslümova təsirli məktub ünvanlayıb. Nadirova bildirir ki, iki ildir yataq xəstəsidir, ailə başçısı rəhmətə gedib 3 uşağı ilə ağır həyat keçirir.
“Uzun illərdir xəstəyəm. Xəstəxanalarda canım da getdi, əlimdə olan 5-10 manat da. Bu günə qədər də mənə dəqiq diaqnoz qoyub müalicə edən yoxdur. Bütün xəstəxanalarda pulsuzluğuma görə başdansovdu münasibət görmüşəm. Mən həkimlərə hətta yalvarıram, mənə elə iynə vurun ölüm, saxta, bahalı, sağlamlıq da gətirməyən dərmanlar yazınca”.
Nadirova bildirir ki, ötən ay təcili yardım maşını ilə “Respublika” xəstəxanasına gətirilib. Lakin burda ona nə lazımi diaqnoz qoyulub, nə də müalicə olunub: “Mən kasıb adamam, elə buna görə də ölümə məhkumam. Belə olmasaydı gözlə görülən şikəstliyimə düzgün qiymət verilərdi. Həkimlərdən soruşuram, mənim dərdim nədir, deyirlər ağrı. Ağrı adında da xəstəlik olar? Ya desinlər, filan şeydi, ya da desinlər bilmirik. Hamısı pul tələsidir”.
Nadiraova səhiyyə naziri Oqtay Şirəliyevə səslənib: “Hörmətli nazir, daha mənim gəzmədiyim xəstəxana qalmadı. Xahiş edirəm, siz özünüz bir tibbi komissiya barədə sərəncam verin. Məni yoxlasınlar, xəstəliyim nədir, dəqiq desinlər. Mənim heç yerdən bir qara qəpik gəlirim yoxdur. Azca ümid yeri kimi pensiyaya möhtacam. Onu da vermirlər. Deyirlər sənədlərin qaydasında deyil. Heç kimi başa salmaq olmur ki, mənim sənəd düzəltməyə halım-imkanım yoxdur. Özüm də şikəstəm, özümdən başqa uşaqlarımı da zəlil edib yanımda oturtmuşam. Nə edim ki, bu ağır vəziyyətim də həkim məmurların vicdanını tərpədə bilmir”.
Göyçək Nadirova əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova da müraciət edib. O deyir ki, “ünvanlı yardım” almaq üçün dəfələrlə sənədlərini təqdim etsə də, ona yardım verməyiblər. Daha dəqiqi, adını yazıblar, amma yardımı özləri mənimsəyiblər: “Səlim müəllim, televiziyadan dedikləriniz mənə kiçik təsəlli verir. Doğrudan da yeni işinizdə xalqın qiymətini almaq istəyirsinizsə, Sabirabada da bir nəzər salın. Illərdir orda mənim yatan sənədlərimi araşdırmağa göstəriş verin. Necə olur, mən yataq xəstəsi, yaşayışı tam Allahın ümidinə qalan adama yardım verilmir, ancaq əli-qolu salamat fərasətlilər özlərinə də, yaxınlarına da o yardımı alır. Bu mənim son sözlərimdir. Bu dəfə də eşidilməsəm, onda qazanacağım günaha siz də şərik olacaqsınız”./azadlıq/
1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı