Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Hava limanında vətəndaşa qarşı özbaşınalıq

İntiqam Məcidovdan 300 manat rüşvət tələb edilib

AXCP Ali məclisinin üzvü Arzuman Məcidli qəzetimizə açıqlama verərək qardaşı Intiqam Məcidovun hava limanında təhqir olunduğunu və onunla etikadan kənar formada rəftar edildiyini bildirdi.
Belə ki, Intiqam Məcidov hava limanında Miqrasiya və sərhəd xidmətinin işçilərinin qanunsuz addımları ilə üzləşib və baş verənləri hüquqi müstəvidə aydınlaşdırmaq istəyib. Intiqam Məcidov Almaniya vətəndaşıdır və doğmalarını ziyarət etmək üçün Azərbaycana gəlib. Ancaq geriyə qayıdarkən hava limanında “sürpriz”lə qarşılaşıb. Belə ki, Intiqam Məcidovun vizasının müddəti fevralın 2-də bitir. Hava limanının sərhəd xidmətinin işçiləri isə ona bildiriblər ki, yanvar ayı 31 gün olduğu üçün sizin vizanızın vaxtı ayın 1-də bitir. Məcidov buna etriaz edəndə isə sərhəd xidmətinin əməkdaşları 300 manat qarşılığında məsələni həll edə biləcəklərini söyləyiblər. Yenə də razılıq əldə olunmayanda isə onu miqrasiya xidmətinə gətirirlər. Miqrasiya xidmətinin əməkdaşları isə məbləği azaldaraq 100 manat rüşvət tələb ediblər. Intiqam Məcidov rüşvət verməyəcəyini və baş verənlərin qanunsuz olduğunu bildirib. Nəticədə öz istəyinə nail ola bilməyən miqrasiya əməkdaşları onun pasportuna möhür vururlar və Azərbaycandan 1 il müddətində deportasiya edirlər. Bununla bağlı Intiqam Məcidov Azərbaycanın Almaniyadakı səfirliyinə müraciət edir və baş verənlərə izahat tələb edir. Səfirlikdən bildirirlər ki, sizin sənədləriniz qaydasındadır və hava limanında baş verənlər tamamilə qanunsuzdur.
Arzuman Məcidli hesab edir ki, qardaşının 1 il müddətinə ölkədən deportasiya olunması qanunsuzdur və buna aidiyyəti qurumlar münasibət bildirməlidir./azadlıq/
1320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19