Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

İlham Əliyevin 110 günü

Normal ölkələrdə “Prezidentin 100 günü” deyə bir məsələ var. Andiçmədən 100 gün sonra yeni prezidentin necə, nə cür olması ictimai-siyasi müzakirəyə, qiymətləndirməyə səbəb olur.

Bizdə də qədimlərdə belə hadisələr yaşanıb. Köhnə qəzetləri oxusanız, görərsiniz ki, prezident Elçibəyin, hətta “100 gün”də gördüyü işləri bəyənməyərək, onu istefaya çağıran müxalifləri də olub.

Ilham Əliyevin 100 gününü isə nə onun özü xatırladı, nə də kəskin tənqidçiləri, müxalifləri. Ən tez “ayılan” mən oldum, amma yenə gecikmiş formada... Artıq əlahəzrət yeni dönəmin 110 gününü də adlayıb.

Bu, səhti qiymətləndirəndə pis görünsə də, əslində, müsbət hadisədir. Bu o deməkdir ki, Ilham Əliyev bir rəhbər, legitim prezident kimi, heç bir keyfiyyətə sahib deyil, cəmiyyətin ondan heç bir gözləntisi yoxdur.

100, 500 gün də keçsə, Ilham Əliyev sabitqədəmdir, 10 il əvvəl necə idisə, yenə də odur. Bəlkə də daha köhnədir, məsələn, 20 il əvvəlki Heydər Əliyevdir.

Ilham Əliyevlə bağlı ancaq bir mövzunun aktual olduğunu müşahidə edirəm. Görüşdüyüm, söhbətləşdiyim hər kəs soruşur: “Bəy, dəyişiklik nə vaxt olacaq?”

Camaatda belə bir intizarın olması, razılaşın ki, yaxşı əlamətdir.

Düzdü, onlar hələ də “ağ atlı oğlanı” gözləyir. Istəyirlər ki, bunu kimsə eləsin.

Növbəti mərhələdə bunu edəcək qüvvənin özləri olduğunu biləcəklər və məsələ tamamlanacaq.

Ikinci Xocalı faciəsi

Əlim üzümdə qaldı. Oxudum ki, alman xalqının diqqətini ermənilərin Xocalıda törətdiyi vəhşiliklərə cəlb etmək məqsədilə Almaniyanın Maqdeburq şəhərində avtomobil yürüşü təşkil olunub.

Bəli, biz bir daha şahid oluruq: faciənin ömrü uzandıqca, o, gülünc mahiyyət alır.

Yəqin, mənimlə razılaşarsınız; 10-5 il əvvəl kimə desəydin ki, gəlin Xocalı faciəsini dünyaya tanıtmaq üçün Avropada avtomobil yarışı keçirək, adamı söyərdilər, əbləh sayardılar. Indisə belə təkliflərlə çıxış etmək Ramiz Mehdiyevin təbirincə desək, kreativlik sayılır.

Məqalənin davamı həyəcanvericidir: “Yürüş zamanı minik avtomobillərindən ibarət karvan Azərbaycan bayrağı, eləcə də ”Ermənilər Qarabağdan çıxmalıdır!", “Xocalıya ədalət!” və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində şəhərin küçələrində hərəkət edərək, yerli sakinlərin marağına səbəb olub".

Gəlin, səmimi olaq. Alman kimi soyuqqanlı bir xalqı avtomobil yürüşü ilə necə təəccübləndirmək olar? Avtomobilin üstündə böyük ehtimalla, hətta Azərbaycan dilində “Ermənilər Qarabağdan çıxsın! söhbəti almanın nə vecinə?

Gör adam nə qədər bekar olmalıdır ki, sürətlə şütüyən avtomobillərin üzərində yazılan fikirləri oxusun.

Ağılınıza belə şey gəlirmi?

Avtomobilin üstündə qaldırılan şüarlarla bir avropalının düşüncəsi dəyişəcəksə, o adamın fikrini, hətta küləyin titrəməsi də dəyişə bilər.

Burda bir məqam da var, nooldu bəs, Azərbaycanda küçə yürüşlərindən söz düşəndə, bizim hakimiyyətdəkilər deyir ki, keçdi o dövran?! Yürüşlə, mitinqlə adamları təsirləndirmək guya, qədimdə qalıb. Bu, əlbəttə, belə deyil, mitinqlə adamları təsirləndirmək olar. Ancaq Xocalı kimi problemi maşın yürüşü ilə dünyaya çatdırmaq, Ilahi, necə də mənasız və gülməlidir...

Insan da öz dərdini belə ucuzlaşdırarmı?

Mən ölü, siz diri, bu məsələni kim təşkil edibsə, yaxşı avtoşluq azarı varmış. Öz xəstə marağına Xocalı kimi dərdi halə edib.

Niyə belə insanlar tənəyə tuş gəlmir, əksinə, dövlətdən “moledes” alır?

Gəlin, ümid edək ki, faciə günlərimizdə hansısa palatka toyunda oxuduğuna görə müğənninin ağzını cıran camaatımız, bu rüsvayçı hadisəyə də biganə qalmayacaq./azadlıq/
1375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber