Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salamun əleykum. Cinlər nə üçün gözə görünmür?

Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Cin», insanın hiss üzvlərinin duymadığı varlıq mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır.
Qurani-kərimin buyuruğuna əsasən insan torpaqdan, cin isə odun şəffaf şöləsindən yarandığı üçün insan cini görə bilmir. Quran ayələrinə əsasən də, cin insan kimi mömin və ya kafir ola bilər. «Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq»[4147].
Allah-təalaya səcdə əmrindən boyun qaçıran İblis, əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan, mələklərlə bir cərgədə dayanmışdı.
Qurani-kərimin 114 surəsindən biri «Cinn» surəsidir. Bu surədə onların dilindən buyurulur:
«Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə ayırılmışıq»[4148].
«Doğrusu, biz haqq yolu göstərən Quranı dinlədiyimiz zaman, ona iman gətirdik»[4149].
«Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan çıxanlar da»[4150].
Son nəticə olaraq bunu deyə bilərik ki, İblis cin tayfasından olduğundan, onun davamçısı şeytanlar da bu tayfanın iman gətirməmiş üzvlərindəndir.Â
[4147] Â «Zariyyat» surəsi, ayə 56.
[4148] Â «Cinn» surəsi, ayə 11.
[4149] Â «Cinn» surəsi, ayə 13.
[4150] Â «Cinn» surəsi, ayə 14.
Allah sizə yar olsun.

1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber