Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

"Bizi qorxuda bilməzsiniz"

Ruhani ABŞ və Qərbə səsləndi: “35 ildə bütün təhdid və hücumlara sinə gərərək qalib gəldik: bizi qorxuda bilməzsiniz”

İran prezidenti Həsən Ruhani Tehranın Azadlıq meydanında İslam İnqilabının qələbəsinin 35-ci ildönümünü qeyd edən milyonlarla insana müraciət edib. Öncədən qələbə yürüşünə qatılan Həsən Ruhani tribunaya çıxıb və çıxış edib. Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, İran prezidenti tribunadan dünyaya müraciət edib, düşmənlərə sərt mesajlar göndərib.

“İran xalqı adından mən açıq şəkildə bəyan edirəm: İran xalqını təhdid etməyə son qoyun! Belə ki, bu təhdidlərin hamısı quru sözlərdir və uşaq oyunlarına bənzəyir. Bizim xalqımız 35 il ərzində müxtəlif təhdidlərə müqavimət göstərdi və qalib gəldi.

Mən altılıq ölkələrinə də müraciət edərək bildirmişəm ki, bu danışıqlar Avropa və ABŞ üçün tarixi bir sınaqdır. Əgər onlar İran xalqının hüquqlarını tanısalar, qarşılıqlı maraqlardan çıxış etsələr, qanunun aliliyini üstün tutsalar, onlar İran tərəfindən də müsbət və adekvat reaksiya görəcəklər.

Lakin, əgər onlar yenə keçmişdəki səhvlərini təkrar etsələr və eyni yolla getsələr, bilməlidirlər ki, öz xalqlarının zərərinə qərar qəbul ediblər. Onlar bütün regionun və qlobal rifahın ziddinə qərar qəbul ediblər”, - deyə İran prezidenti çıxışında bildirib.
1338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 20:21