Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Təcili Yardımdan dəhşətli açıqlama

“2013-cü ildə Bakıda 922 nəfərin intiharı barədə çağırış almışıq”

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2013-cü il ərzində intiharlarla bağlı daxil olan çağırışların statistikasını açıqlayıb. Stansiyanın baş həkimi Mürsəl Həmidov Modern.az saytına açıqlamasında bildirib ki, 2013-cü il ərzində təcili yardıma 922 nəfərin intiharı və özünü öldürməyə cəhdlə bağlı müraciət daxil olub. “Özünə qəsd, ölümə cəhd və yaxud öldürmə həddinə çatdırma hallarına suisidlər deyilir. İl ərzində 922 nəfərin özünə qəsd etməsilə bağlı müraciət daxil olub. 838 nəfər xəstəxanaya aparılıb. 84 nəfərin vəziyyəti yüngül olduğundan yerində yardım göstərilib”-deyə həkim bildirib.
1285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25