Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

İran hərbi gəmilərini Atlantikaya göndərdiyini rəsmən təsdiqləyib

Vaşinqtondan bildiriblər ki, İranın bu bəyanatları birinci dəfə deyil ki səslənir, daxili auditoriyaya yönəlib və onlara etibar eləməyə dəyməz

İran hərbi gəmilərini Atlantikaya göndərdiyini rəsmən təsdiqləyib. Ölkənin hərbi dəniz qüvvələrinin komandanı Həbibullah Səyyari İslam Respublikasının gəmilərinin Atlantikaya doğru irəlilədiyini bəyan edib.

İnterAz-ın “Fars” agetnliyinə istinadən verdiyi xəbərə görə, Səyyari deyib ki, İran donanması artıq Aden boğazını keçərək Atlantikaya doğru istiqamət götürüb. Bununla yanaşı o qeyd edib ki, bütün dünya ölkələrinin, o cümlədən, İranın da okeanda olmaq hüququ var və biz heç bir ölkənin ərazi sularına daxil olmaq niyyətində deyilik.

Xatırladaq ki, hələ fevralın 9-da iranlı admiral Rezai Həddad İran hərbi gəmilərinin Atlantikaya yollandığını və ABŞ dəniz sərhədlərinə yaxınlaşdığını bildirmişdi. Məlumat verilmişdi ki, İran tərəfinin bu addımı ABŞ donanmasının Fars körfəzində yerləşdiyinə cavab olaraq atılıb.

ABŞ rəsmilərinin reaksiyası özünü gözlətməyib – Vaşinqtondan bildiriblər ki, İranın bu bəyanatları birinci dəfə deyil ki səslənir, daxili auditoriyaya yönəlib və onlara etibar eləməyə dəyməz.

Qeyd edək ki, İran hərbi donanması 2010-cu ildən dünya okeanının açıq sularında fəallıq nümayiş etdirir. Hidn okeanından sonra ölkə rəhbərliyi donanmasını Atlantik okeanda yerləşdirməyə də qərar verib.
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat