Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Hakimiyyətin 28 əsgəri həlak olub

Dəməşqdə kamikadze əməliyyatında hakimiyyətin 28 əsgəri həlak olub
Dəməşqin Şərqi-Quta və Cubər rayonları arasında hakimiyyət qüvvələrinə qarşı kamikadze əməliyyatı həyata keçirilib

Suriyada gedən qarşıdurmalar son gündə 200-dən artıq insanın ölümü ilə nəticələnib.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, Dəməşqin Şərqi- Quta və Cubər rayonları arasında hakimiyyət qüvvələrinə qarşı kamikadze əməliyyatı həyata keçirilib. “İraq-Şam İslam Ordusu”-ə (DAİŞ) mənsub bir radikal təkfirçi üzərindəki bombanı hakimiyyət əsgərlərini olduğu binada partladıb. Nəticədə 28 əsgər həlak olub və daha 20 nəfər yaralanıb.

Mənbənin məlumatına görə, bazar ertəsi günündə ölkədə gedən qarşıdurmalarda 248 nəfərin ölümü qeydə alınıb.
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03