Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

İraqda 15 ordu əsgərinin başsız cəsədi aşkarlanıb

Başı bədənlərindən ayrılmış 15 ordu əsgərlərinin cəsədləri Mosul şəhərinin cənubunda Əynul-Cəyş adlanan bölgədə tapılıb

İraqda terror aktlarının ardı arası kəsilmir.

Başı bədənlərindən ayrılmış 15 ordu əsgərlərinin cəsədləri Mosul şəhərinin cənubunda Əynul-Cəyş adlanan bölgədə tapılıb.

Təhlükəsizlik mənbələri xəbər veriblər ki, bölgədə yerləşən ordu qərargahına hücum silahlılar tərəfindən törədilib və cəsədlər tibbi ekspertizaya göndərilib.

Hələ heç bir qruplaşma bu cinayətin məsuliyyətini üzərinə götürməyib.

İraq ordusu hal-hazırda ölkənin İordaniya, Suriya və Ərəbistanla sərhəddə yerləşən əl-Ənbar əyalətlərində “İraq və Şamda İslam Dövləti”-ə (DAİŞ) qarşı hərbi əməliyyatlar aparır./SumariyaNews/
1186 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP