Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Lionel Messi yeni rekord vurub

"Barselona"nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

La Liqada "Almeria" ilə oyununda 21-ci dəqiqədə komandasının ilk qolunu vuran argentinalı hücumçu Kataloniya klubunda qollarının sayını 324-ə yüksəldib. Bununla da, o, "Real"da (Madrid) ən çox qol vuran futbolçu Raul Qonzalesin 323 qolluq rekordunu qurub. Raul bu qolları 741 qarşılaşmada L.Messi isə 388 oyunda vurub.

Qeyd edək ki, 25 yaşlı oyunçu "Almeria" ilə qarşılaşmada vurduğu qoldan sonra zədələnərək oyunu tərk etmək məcburiyyətində qalmışdı. Futbolçunun 3 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib./SalamNews
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP