Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

Neft Şirkətindən yeni ixtisarlar hansı nəticələrə gətirə bilər?

Keçən ilin sonundan Neft Şirkətində ixtisarlara strat verilib. Yüzlərlə insan xəbərdarlıq edilməndən işdən azad olunub. Bu gün isə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ixtisarların davam edəcəyi barəsində yeni bir anons verib. O gözlənilən ixtisarların səbəbi kimi aparılan islahatları göstərib. Ekspertlər bu ixtisarların ilin sonunadək davam edəcəyini bildirirlər.

Neftçilərin Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.Org-a bildirib ki, ölkədə yaranacaq bu işsizliyin qarşısını almaq üçün proqram yaradılmalıdır: “Mən keçən ilin yayından ARDNŞ-dakı ixtisarlarla bağlı proqnozları vermişdim. Azərbaycanda neft hasilatı aşağı düşüb, Neft Şirkətində isə lap çox aşağı düşüb. Neft Şirkətində struktur süni şəkildə şişirdilib. İslahatdan qaçış yoxdur. Bu Neft Şirkətinin apardığı səhv kadr siyasətinin nəticəsidir. Bu baxımdan ixtisarlar mərhələ-mərhələ davam edəcək. Hal-hazırda 4 idarədə 15-ə yaxın strukturda islahat gedir. 500-dən yuxarı insan artıq ərizəsini yazıb, işdən çıxıb. Amma təəssüflər olsun ki, ARDNŞ-dan dəqiq informasiya almaq mümkün deyil.

Rövnəq Abdullayevin çıxışı mənim yayda verdiyim proqnozu bir daha təsdiqlədi. Bu islahatlar Neftayırma zavodlarında, Azəriqazda, Azərkimyada gedəcək.

Ölkədə yaranacaq bu işsizliyin qarşısını almaq üçün proqram yaradılmalıdır. Qeyri-neft sektorunun inkişaf mexanizmi işlənib hazırlanmalıdır. Baş verənlər ölkədə neft gəlirlərindən ədalətli, məqsədyönlü istifadə edilməməsinin nəticəsidir”.
1720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP