Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

“Yeni ballistik raketlərimiz ABŞ-ın hərbi təhdidinə cavabdır”

İran müdafiə naziri: “Yeni ballistik raketlərimiz ABŞ-ın hərbi təhdidinə cavabdır”

Orta uzaqlıqlı yeni ballistik raketlərin sınaqdan keçirilməsi ABŞ-ın hərbi təhdidlərinə cavabdır. İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan belə bir bəyanatla çıxış edib.

Deyerler.org-un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu gün İranda iki yeni ballistik raketin sınaqları keçirilib. “İranın iki ballistik raketinin sınaqlarının uğurla keçirilməsi, İran xalqını hər zaman təhdid etməyə çalışan ABŞ-a bir cavabdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, İİR tarixində heç bir ölkəyə təcavüz etməyib, lakin, bütün təcavüzlərin də qarşısında mərdliklə dayanıb”, - deyə müdafiə naziri bildirib.

Briqada generalı əlavə edib ki, əgər hər hansı təcavüzkar dövlət onların hərbi güclərini yoxlamaq istəsələr, onlar məmnunluqla buna hazırdırlar.
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03