Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

ABŞ-da 4 nəfər güclü qarın qurbanı olub

ABŞ-ın Texas ştatında artıq 4 nəfər güclü qarın qurbanı olub. “Assoşieyted Press”in verdiyi xəbərə görə, insidentlər yol qəzaları və qarın yığışdırılması zamanı baş vermiş bədbəxt hadisələr nəticəsində qeydə alınıb.

ABŞ-ın 8 ştatında – Virciniya, Merilend, Şimali və Cənubi Karolina, Corciya, Alabama, Missisipi və Luizianada tüğyan edən güclü qar fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olub.

Şimali Karolina və Corciya ştatlarında fevralın 13-dək bütün məktəblər bağlanıb. Corciyaya elektrik enerjisinin verilişi dayandırılıb. Sinoptiklərin proqnozuna əsasən, yaxın 2 sutkada ərzində fasiləsiz güclü qar yağacağı gözlənilir, ilk 24 saat ərzində isə 25 sm-dək qar yağacağı proqnozlaşdırılır./apa/
1261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP