Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

12 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 12-də hava şəraitinin buludlu, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan gündüz 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi