Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Türkiyə telekanalında Peyğəmbərə (s) böyük hörmətsizlik

Türkiyənin “Samanyolu” kanalında nümayiş olunan “Şefkat Tepe” serialının 166-cı seriyasında İslam peyğəmbərtinə qarşı hörmətsizli nümayiş olunub. Yerli mətbuatın xəbərinə görə, filmin qəhrəmanı, “birazdan peyğəmbərimiz aramıza təşrif edəcək” – deyir. Bir müddət sonar isə göydən yerə işıq topası enir. Filmin qəhrəmanlarından biri, “vətənimizə xoş gəldin ey Allahın rəsulu” – deyir. Bundan sonar işıq topası yük maşınına minərək uzaqlaşır, filmin qəhrəmanları isə, bizi qoyub hara gedirsən ey Allahın rəsulu – deyərək maşının dalıyca qaçırlar.

Filmin bu səhnəsi din alimləri, ilahiyyatçılar və yerli ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb.

Baş verənləri şərh edən islamçı alim Ömər Tuğrul İnançer bunu eqoistlik və tərbiyısizlik kimi qiymətləndirib. İnançer, peyğəmbərdən danışarkən öz aramızda söhbət edirmiş kimi danışmaq “Hücurat” surəsinə ziddir.

Tarixçi-yazar Hümeyra Şahin isə bildirib ki, peyğəmbər filmdə nümayiş olunarkən “qırmızı xət” keçilməməlidir. Bunun böyük məsuliyyəti olduğunu deyən Şahin, peyğəmbərin bu şəkildə nümayişinin insanlarda olan peyğəmbər təsəvvürünü dayazlaşdırdığını bildirib.

Xatırladaq ki, daha əvvəl “Samanyolu” kanalının təşkilatçılığı ilə keçirilən türkcə olimpiadasında da oxşar hadisə baş vermiş və İslam peyğəmbərinin bu olimpiadada iştirak etdiyi iddia olunmuşdu. Bu hadisə də yerli ictimaiyyət və din alimləri tərəfindən etirazla qarşılanmışdı./ans/
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...