Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Misirdə naməlum firon sülaləsi tapıldı

Mədəniyyət Misirin Abidos şəhərində işləyən Amerika ekspedisiyası iki fironun məzarını aşkar edib.

“Lenta” bildirir ki, onların yanında on beşə yaxın padişahın da məzarı aşkarlanıb.

Alimlərin verdiyi məlumata görə, bu firon sülaləsinin mövcudluğu barədə indiyə kimi yalnız nəzəri olaraq məlumat verirdilər. Amma tapılmış 60 tonluq sərdabə bunun maddi sübutudur. Abidos müasir Misirin mərkəzində yerləşir və fironlar dövründə bu şəhər cənubi Misirin vacib yaşayış məntəqəsi sayılıb. Abidosda fironlar dövrünə aid önəmli memarlıq abidələri var və ABŞ-ın Pensilvaniya universitetinin ekspedisiyası burada 50 ildən çoxdur ki, işləyir.

Eradan əvvəl 1550-ci ildə Yuxarı və Aşağı Misiri birləşdirən böyük dövlət parçalanıb. Qədim mənbələr bildirir ki, Nilin deltasında onda giksoslar - Ön Asiyadan çıxmış və qərbi semit dilində danışan adamlar hökmdarlıq ediblər. Cənubi Misirdə - Fivada isə taxtda misirlilər qalıb, fironlar bir-birini əvəzləyib, ölkə aclıq içində boğulub. Eradan əvvəl 1629-1628-ci illərdə hakimiyyətdə olmuş firon Neferhotepin arxivlərindən bilinir ki, onun hakimiyyəti paytaxt Fiva və ətrafını əhatə edib. Amma Fiva ilə Nilin deltası arasında yüzlərlə kilometr məsafə olub və həmin əraziləri kimlərsə idarə edib.

2013-cü ilin yayında Pensilvaniya universitetinin professoru Cozef Veqnerin başçılıq etdiyi ekspedisiya çəhrayı kvarsitlə düzəldilmiş sərdabə aşkarlayıblar. Alimlər bir neçə həftəyə müəyyən edib ki, firon I Sobekhotep yaxınlıqda yerləşən məzarından götürülüb və Abidos hökmdarlarından biri üçün istifadə edilib. Sərdabə min il qabaq dağıldığından həmin hökmdarın adını müəyyən etmək mümkün olmayıb.

2014-cü ilin yanvar ayında arxeoloqlar həmin sərdabədən bir az aralı ikinci hökmdar məzarını tapıblar. Orada müəyyən dəfn ləvazimatı və hökmdarın qalıqları da aşkarlanıb. O, 40-50 yaşlı kişi olub. Həmin fironun adı da müəyyən edilib. Onun ilk adı Senebkay olub və taxta çıxandan sonra özünü User-ib-Ra, yəni Günəş tanrısı Ranın oğlu adlandırıb./ans/
1607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...