Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Şikayətçi özünü yandırmaq istəyir

«Əgər məhkəmə obyektiv qərar çıxartmasa, məhkəmənin önündə özümü yandıracam»

Cəbrayılov Rəhim Mustafa oğlunun qanuni nümayəndəsi Cəbrayılova Nailə Əziz qızı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:

“Bildirirəm ki, Zərdab Rayonu Burunlu kənd sakinləri, yetkinlik yaşına çatmış şəxslər Isgəndərli Rüfət Nadir oğlu, Isgəndərov Elzamin Nadir oğlu, Əhmədov Paşa Zamin oğlu, Cəbrayılzadə Şövqi Qalib oğlu və Isgəndərov Fəqan Şükür oğlu 2010-cu ilin oktyabr-noyabr aylarından 2011-ci ilin payız aylarına qədər mütamadi olaraq həmin kənd sakini, 15 may 1996-cı il təvəllüdlü zərər çəkmiş şəxs oğlum Cəbrayılov Rəhim Mustafa oğluna zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişlər. Şövqi Cəbrayılzadə və qeyriləri həyat yoldaşımın RF-da,böyük oğlumun isə həqiqi-hərbi xidmətdə, oğlum Rəhimin özünün psixi cəhətdən xəstə və köməksiz vəziyyətdə olmasından istifadə etməklə onunla uşaqbazlıq və seksual xarakterli digər hərəkətləri etmiş,onu mal-qoyun otaran zaman çöldə daimi təziqdə saxlamış, bir qayda olaraq onu döyərək istəklərinə nail olmuşlar. 2011-ci ilin noyabr ayının sonlarında həyat yoldaşım RF-dan qayıdaraq Azərbaycana gəlmişdir. 2012-ci ilin əvvəllərində onlar yenədə oğlum Rəhim Cəbrayılovu təqib etmiş, lakin bu dəfə Rəhim atasının evdə olmasından ürəklənərək qaçıb evə gəlmiş və bu barədə mənə demişdir. Mən də öz növbəmdə Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Nəticədə onlar cinayət məsuliyyətinə cəlb olunaraq barələrində Azərbaycan Respublikası cinayət məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi başlanmışdır. Lakin Zərdab rayon Şöbəsinin istintaq qrupunun müstəntiqi Məsud Rəhimov tərəfindən aparılmış istintaqın nəticəsi olaraq Cəbrayılzadə Şövqi Qalib oğlu və Isgəndərov Fəqan Şükür oğlu cinayət məsuliyyətinə cəlb edilməmişdir. Həmin cinayət işində müstəntiq kobud qanun pozuntusuna və nöqsanlara yol verdiyinə görə Zərdab rayon məhkəməsinin hakimi 03 may 2012-ci il tarixdə cinayət işinin baxılmasına xitam vermiş və həmin cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul etmişdir. Cinayət işi aparılan zaman yol verilmiş nöqsanlardan ən əsası iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəbrayılzadə Şövqi Qalib oğlu və Isgəndərov Fəqan Şükür oğlu barəsində onların da oğluma qarşı seksual xarakterli hərəkətlər etmələrinə dair oğlumun ifadəsinin olmasına və həmin xüsusatların onların üzünə deyərək təstiq etməsinə baxmayaraq 08 aprel 2012-ci il tarixli qərarla təqsirləri sübuta yetməməsi əsası ilə onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra yenidən cinayət işi başlanılmışdır. Qeyd edim ki, artıq beş nəfər barəsində istintaq aparılmış və baxılması üçün Zərdab rayon məhkəməsinə göndərilmişdir. Ekspertizanın rəyinə əsasən məlum olmuşdur ki, oğlum hadisə zamanı hadisənin xarakterini anlamış lakin mənasını dərk etmək qabiliyyətinə malik olmamışdır. Buradan açıq aydın görünür ki, oğlum köməksiz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MPEM-nin 15 may 2013-cü il tarixli 472 saylı rəyindən görünür ki, oğlumda yüngül kəmağıllılıq (orta debillik dərəcəsində oliqofreniya) müəyyən edilir. Vəkilimiz Məhkəmə iclası zamanı əlavə olaraq vəsatət verərək oğlumun ona qarşı cinayət əməli törədilən zaman köməksiz vəziyyətdə olması nəzərə alınaraq təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi məqsədi ilə icraatın dayandırılaraq ibtidai araşdırmaya Prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir.Vəkilin vəsatəti təmin olunaraq təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətləri olduğu müəyyən edildiyinə görə cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul olunmuşdur. Hal-hazırda cinayət işi araşdırılması üçün yenidən Zərdab rayon PŞ-nə həvalə edilmişdir. Lakin mən Zərdab rayon PŞ-nin müstəntiqinin bu işi obyektiv araşdırmasına şübhə edirəm. Hadisə baş verəndən bu günə qədər Zərdab rayon Hüquq Mühafizə Orqanlarının vəzifəli şəxsləri dolayısı yollarla təqsirləndirilən şəxsləri müdafiə etməyə çalışmışlar və yenə də çalışmağa davam edirlər”.

Mustafa Cəbrayılov ölkə başçısına ünvanladığı müraciətdə bunları deyib: “Əgər məhkəmə obyektiv qərar çıxartmasa, məhkəmənin önündə özümü yandıracam”./azadlıq/
1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24
Yeni doğulmuş məcburi