Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Dəhşətli intihar hadisəsi baş verib

Azərbaycanda 19 yaşlı gənc sevdiyi qıza görə özünü elektrik dirəyindən ataraq öldürüb

Azərbaycanın Kürdəmir rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Kürdəmir Rayon Polis Şöbəsindən apa-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən axşam 17:00 radələrində şəhərin dəmiryolu stansiyasının yaxınlığında baş verib.

19 yaşlı rayon sakini Azad Xasay oğlu Şıxalıyev 30 metr hündürlüyündə olan yüksək gərginlikli elektrik dirəyinə çıxaraq, sevdiyi qıza görə özünü yerə atacağını deyib. Daha sonra özünü ataraq intihar edib. A.Şıxalıyev təcili olaraq Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber