Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Soçi Qış Olimpiadasında ən çox medal alan ölkələr

Bu gün Soçidə keçirilən Qış Olimpiya Oyunlarının 6-cı günüdür. İndiyədək olimpiadada ən çox medal alan ölkə Norveçdir. Bu ölkə idmançılarının hesabında 4 qızıl, 3 gümüş və 4 bürünc (ümumilikdə 11) medal var.

İkinci yerdə Kanadadır – 4 qızıl, 3 gümüş və 2 bürünc (ümumilikdə 9) medal.

İlk üçlükdəki Almaniyanın 4 qızıl və 1 gümüş medalı var.

Sonrakı yerdə gələn Hollandiya idmançılarının hesabında 3 qızıl, 2 gümüş və 3 bürünc medal var.
ABŞ 2 qızıl, 1 gümüş və 4 bürünc medalla hələ ki beşinci sıradadır. İsveçrənin cəmisi 2 qızıl medalı var.

Ev sahibi Rusiya idmançıları bu günədək 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edə biliblər.

Sonrakı yerlərdə Avstriya (1 qızıl, 3 gümüş), Fransa (1 qızıl, 2 bürünc), Belarus (cəmi 1 qızıl medal), Cənubi Koreya (1 qızıl), İsveç (3 gümüş, 1 bürünc), Çexiya (2 gümüş, 1 bürünc), Sloveniya (1 gümüş, 2 bürünc) və Yaponiya (1 gümüş, 1 bürünc medal) gəlirlər.
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59