Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

"İran nüvə enerjisindən əl çəksə belə ABŞ öz siyasətindən əl götürməyəcək"

Mayis Güləliyev: “ABŞ-ın və Qərbi Avropa ölkələrinin İranla bağlı narahatçılığı qətiyyən nüvə enerjisi ilə bağlı deyil”

“Hələ bir neçə ay bundan öncə İranla Qərb-ABŞ münasibətlərinin yumşalmasına dair fikirlər səsləndiriləndə, biz bildirmişdik ki, bunların hamısı müvəqqəti xarakter daşıyır. Çünki ABŞ-ın İranla bağlı qısqanclıq məsələsi adi bir məsələ deyil. Bunun hətta atom enerjisi ilə də heç bir əlaqəsi yoxdur. İran dövləti atoma enerjisinin istehsalının dayandırsa belə, ABŞ sanksiyaları müəyyən müddət səngitdikdən sonra yenidən tətbiq edəcək.”

Bu sözləri FaktXeber.com-a politoloq Mayis Güləliyev, İranla altılıq ölkələri arasında əldə edilən razılıqdan sonra ABŞ-ın və Qərb ölkələrinin rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyanı aradan qaldırmamasına aydınlıq gətirərkən qeyd edib.

Politoloqun sözlərinə görə, İranla ABŞ arasında baş verənlər atom enerjisi ilə bağlı olan bir məsələ deyil: “Problemin kökü daha dərindədir. Bu da ondan ibarətdir ki, 35 il ərzində İran regionda yeni iqtisadi və idarəetmə modeli yaradaraq ciddi şəkildə inkişaf edib. İran faktiki olaraq regionda həm idarəetmə, həm iqtisadi-inkişaf, həm də ki, elm-texnika sahəsində ciddi şəkildə disbalans yaradıb. Belə ki, bir tərəfdə Amerikanın nəzarətində olan və diktatura rejimli ərəb ölkələri, digər tərəfdə özü-özünü təmin edən və ciddi iqtisadi model yaradan və geniş inkişaf edən İrandır. Yaranan bu cür disbalans ABŞ-ın ziyanına işləyir.”

Müsahib onu da bildirdi ki, Amerika regiondakı sözügedən iki qütbü bir-birinə qarşı salmaq istəyir: “Burada dini, ekstremis, siyasi və digər faktorlardan istifadə edirlər ki, nəyin bahasına olursa-olsun İran dövləti ilə ərəbləri qarşı-qarşıya gətirsinlər.”

Mayis bəy sonda qeyd etdi ki, ABŞ-ın və Qərbi Avropa ölkələrinin İranla bağlı narahatçılığı qətiyyən nüvə enerjisi ilə bağlı deyil: “Amerikanı İranın inkişafı və bir model olaraq dünya ölkələrinə özünü göstərməsi narahat edir. İran faktiki olaraq ABŞ-ın hegemonluğuna ciddi şəkildə maneədir.”
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber