Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Vətəndaşlıq almaq üçün 10 milyon sərmayə

Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər bu ölkəyə 10 milyon rubl sərmayə qoymalı olacaq.

Rusiya İqtisadiyyat Nazirliyi və Federal Miqrasiya Xidməti əcnəbilərə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlayır.

“Kommersant” qəzetinin xəbərinə görə, layihədə Rusiya iqtisadiyyatına 10 mln. rubl (287,4 min dollar) sərmayə qoyan əcnəbilərə ölkə vətəndaşlığı verilməsi nəzərdə tutulur.

Bundan başqa, Rusiyanın kollec və ali təhsil məktəblərini bitirən, Rusiyada ən azı 3 il işləyən əcnəbi tələbələrə də vətəndaşlıq veriləcək.

“Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə düzəlişlər artıq hökumətin müzakirəsindən keçib və yaxın vaxtlarda Dövlət Dumasının müzakirəsinə çıxarılacaq.
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı