Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Suriya ordusu yenidən strateji əl-Qələmun yüksəkliklərində əməliyyatlara başlayıb

Burada gedən döyüşlərdə yaralanan 30-dan artıq silahlı Livan ərazisində Ərsal xəstəxanalarına gətirilib

Suriyada dövlət ordusu əl-Qələmun yüksəkliklərində irəliləyib.

İnterAz-ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, ordu ölkənin Livanla sərhəd zolağında yerləşən strateji əl-Qələmun yüksəkliklərinin sonuncu şəhəri yəni Yəbrudu ələ keçirmək üçün əməliyyatlara başlayıb.

Məlumata əsasən, ordu Yəbrudun yaxnlığındakı əl-Cəracir qəsəbəsini və ətrafını ələ keçirib və Yəbruda doğru irəliləyir. Mənbə həmçinin bildirib ki, burada gedən döyüşlərdə yaralanan 30-dan artıq silahlı Livan ərazisində Ərsal xəstəxanalarına gətiriliblər.

Bildirək ki, əl-Qələmun yüksəklikləri Livandan ölkəyə gələn silahlıların koridoru hesab edilir. Bu yüksəklikdə yerləşən Dir-Ətiyyə, ən-Nəbək və əlQarrə rayonları hakimiyyətin nəzarətindədir və Yəbrud silahlıların əlindədir.
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP