Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Depressiyadan qurtulmaq üçün çoxlu gəzin

Məlumata görə gəzinti və idman məşqləri depressiyanı azaldır. Hava şəraiti ilə əlaqədar qış aylarında məşqlər çətin olsa da, insanlar bu məsələdə həssas olmalı və depressiyanı artıran faktorlardan uzaqlaşmalıdırlar.
İdman və psixoloji hal arasında əlaqəyə diqqət çəkən mütəxəssislər qısa vaxt ərzində edilən kiçik məşqlərin insan psixologiyasına müsbət təsir göstərdiyini bildirir. Türkiyəli mütəxəssis və psixoloq Gündoğdunun sözlərindən aydın olur ki, qış depressiyası günəşin azalması ilə yaranır. Belə ki, yaz mövsümündə günəş enerji verdiyindən istirahətə meyillilik artır, insanlar stressdən və depressiyadan uzaqlaşır, təbiət canlanır.
Lakin havalar soyuduqda təbiət hadisələri və iş qayğıları, müxtəlif məişət problemləri depressiya hallarını artırır.
Qış mövsümündə bəzi insanlar soyuq havaya gec adaptasiya olur. Bu baxımdan lazımi prosedurlardan əlavə günəş işığndan faydalanmaq, D vitamini qəbul etmək lazımdır. Günəş işığı, serotonin və noradrenalin hormonlarının ifraz olunmasına yardımçı olur. D vitamini isə halsızlıq və yorğunluğa yardım edir.
Məlumata görə qış dövründə yaşanan depressiya əlamətləri qadınlarda 18-30 arasında dəyişir. Həmin əlamətlərə günün əksər hallarında halsızlıq, enerjinin azalması, ümumi istəksizlik, zövqsüzlük, gündəlik fəaliyyətlərə marağın azalması aid edilir. Bundan əlavə tez yorulma əlamətləri, diqqətsizlik, günahkarlıq, intihar düşüncələri, yuxu müddətində artım, artıq çəki, cinsi istəksizlik kimi cəhətləri də sadalamaq olar.
Bu tip əlamətləri özündə hiss edənlər ən qısa müddətdə psixoloqa müraciət etməlidir.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı