Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Smartfon telefonlar yuxusuzluğa səbəb olur

Smartfon telefonlar yuxusuzluğa səbəb olan ciddi amil adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər.

Kaliforniya universiteti yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman “Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, gördüklərinizlə bağlı mütləq narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz”,- deyib. Həkimin sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb olub.

Harvard tibb məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, “Yataq otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi ola bilər. Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu isə yuxusuzluğun əsl əlamətləridir”,- deyir. 2013-cü ildə Feysbukun sifarişilə “IDC Research” tərəfindən keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri internetdən çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda interneti olmayan və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya telefonu başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:23
Bakıda zavoda basq