Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2014

Edvard Snouden ABŞ-dan kimin qisasını aldı?

ABŞ-da internet azadlığı ilə bağlı ciddi mübarizə gedir. Ötən il ABŞ-ın dünya ölkələrini texnoloji imkanları hesabına izlədiyi ortaya çıxaran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snoudenin casusluqda ittiham olunduqdan sonra ölkəni tərk etməsi buna misal ola bilər.

Bundan başqa, aktiv internet istifadəçisi olan Aaron Schwartzın faciəsini də xatırlamaq yerinə düşər. Aaron Schwartz gənc yaşlarında əldə etdiyi uğurlara görə milyonçu ola bilərdi. Lakin o, internet azadlığı uğrunda mübarizə apararaq, siyasi arenaya daxil oldu. 2008-ci ildə 3 milyon sənədi məhv edən Aaron Schwartz, əldə etdiyi bu məlumatlar ictimai xarakter daşıdığından həbs olunmadı. Lakin 2011-ci ildə oxuduğu universitetdə ictimailəşdirmək üçün onlayn kitabxanadan əldə etdikləri sənədlərə görə, 35 il müddətinə azadlıqdan məhrum olundu. Halbuki sənədlər gizli xarakter daşımırdı…

Harward Universitetinin Hüquq üzrə professoru Laurens Lessiq Schwartzın həbsində sonrakı hadisələri belə xatırlayır: «Ailəsi bütün mülklərini satdı ki, Aaron Schwartzın vəkillərinin pullarını ödəyə bilsinlər. Onunla 11 sentyabr terrorçusu kimi davranırdılar. Sanki o, ABŞ-ın Milli Təhlükəsizliyini hədələmişdi. Aaron Schwartz mübarizənin çətinliyini dərk etdikcə vəziyyəti pisləşirdi. Düşünürəm ki, onu hədələr çox bezdirdi».

Aaron Schwartz 26 yaşında intihar etdi. Onun ölümündən bir neçə ay sonra Edvard Snouden ABŞ hökuməti ilə hesablaşdı.

Artıq şübhəsiz bunu söyləyə bilərik ki, şəffaflıq tələb edən hakimiyyət şəffaflığı təmin edən insanları izləyir./faktxəbər/
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:54
Dəm qazı daha