Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Həmid Karzayi ABŞ-ın həbs etdiklərini buraxır

Əfqanıstan hökuməti amerikanların inşa etdiyi həbsxanadan 88 məhbusu azad edəcək

Əfqanıstan hökuməti ABŞ hərbçilərinin inşa etdikləri həbsxanadan 88 məhbusu azad etmək niyyətindədir.

RBK-nın verdiyi xəbərə görə, artıq Əfqanıstanın prezidenti Həmid Karzay müvafiq sərəncamı imzalayıb.

Qərar NATO-nun hərbi kontingentinə başçılıq edən ABŞ-ın narazılığına səbəb olub. ABŞ hərbçilərinin rəyinə görə, dustaqlardan 65-i son dərəcə təhlükəli yaraqlılardı.

Öz növbəsində Həmid Karzay bildirib ki, ABŞ tərəfindən inşa edilən həbsxanalarda dustaqların saxlanılmasını ölkədə gərginliyin artmasına səbəb olur.

Məhbusların fevralın 13-dən etibarən azadlığa buraxılacağı gözlənilir.
1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP