Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

"Sovetski" sakinlərinə nə qədər pul veriləcək?

Söküntü işləri aparılan ərazilər özəl şirkətlərə satılarsa mülklərin hər kvadrat metrinin qiyməti 1500 manatdan baha ola bilər
Paytaxtda planlaşdırılan yenidənqurma işlərində bəzi ərazilərin sökülməsindən sonra yerində yaşıllıq zolaqlarının salınması, yeni yolların çəkilməsi nəzərdə tutulub. Bütün bu işlər dövlət xətti ilə Yasamal rayon İcra Hakimiyyətinin sifarişi əsasında həyata keçiriləcək. Bununla belə şəhərdə aparılan yenidənqurma işlərinə özəl şirkətlərin cəlb edilməsi də mümkündür.
Söküntü işləri aparılan ərazilər özəl şirkətlərə satılarsa və burada kommersiya obyektləri tikilərsə vətəndaşlardan alınan mülklərin qiyməti dövlətin verdiyi hər kvadrat metrə görə 1500 manatdan baha ola bilər. Başlanan bu layihə mənzil bazarına ciddi təsir edəcək. Çoxlu sayda vətəndaş almaq və ya kirayə götürmək üçün mənzil axtaracaq. Bundan bəzi işbazlar istifadə etməyə çalışırlar.
Sovetski adlanan ərazinin sökülməsi son dövrdə paytaxtda həyata keçiriləcək ən iri layihə olacaq. Xarici ölkələrdə belə miqyaslı layihələrin həyata keçirilməsi zamanı sökülən evlərin sahibləri müvəqqəti və ya daimi əsasla mənzillərdə yerləşdirirlər. Bu mənzillər ya icarəyə verilir, ya da uzunmüddətli kreditlə vətəndaşlara satılır. Azərbaycanda isə mülkləri alınan vətəndaşlara yalnız 2 aylıq kirayə haqqlarının ödənilməsi təcrübəsi var.
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı