Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

NASA Soçinin gecə görüntüsünü dərc edib

2014-cü il Qış Olimpiya Oyunlarının paytaxtı olan şəhərin gecə mənzərəsi Beynəlxalq kosmik stansiysından çəkilib

İnterAz-ın verdiyi xəbərə görə, ABŞ-ın Milli kosmik tədqiqatları idarəsi (NASA) Olimpiya oyunlarına sahiblik edən Soçinin gecə vaxtı çəkilmiş fotoşəkillərini dərc edib. İdarə həmin görüntüləri özünün “Twitter”-dəki səhifəsində yerləşdirib.

Fotolar Beynəlxalq kosmik stansiysından çəkilib. Fotolarda Olimpiya parkını və XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi baş tutan “Fişt” stadionunu görmək mümkündür.

Soçidə fevralın 7-də başlamış Olimpiya oyunları fevral ayının 23-dək davam edəcək. KİV-lərin verdiyi xəbərə görə, açılış mərasimində “Fişt” stadionunda 40 mindən artıq tamaşaçı olub. Televiziya tamaşaçılarına gəloncə isə, açılış mərasimini 3 milyarda yaxın idman həvəskarı izləyib.


1471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber