Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Həcc ziyarətinə sənəd qəbulu başlayır

Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün sənəd qəbulu başlayır
Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq

Azərbaycanda fevralın 13-dən etibarən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayır. Bu barədə Azərbaycanda Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər.

Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir.

Qeyd edək ki, təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir./apa/
1415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı