Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Ariel Şaronun törətdiyi qətliam üzə çıxdı - Foto

"Beyrut qəssabı" ləqəbi ilə tanınan Ariel Şaronun 1972-ci ildə törətdiyi qətliam ortaya çıxıb.

Yanvarın 11-də dünyasını dəyişən İsrailin keçmiş Baş naziri Ariel Şaron fələstinlilərə qarşı bir sıra qırğınlar həyata keçirib.

Həmin qırğınlardan biri isə Şaronun ölümündən bir ay sonra ortaya çıxıb.

1972-ci ilin fevral ayında 6 günlük döyüşdən təxminən 1 il əvvəl İsrail ordusu Sina yarımadasında tarixin ən böyük hərbi əməliyyatlarından birini reallaşdırmışdı. Manevri idarə edən komandir Şaron olub.

Bu fakt "Haaretz" qəzeti redaktoru Devid Lendaunun Şaronun bioqrafiyasını yazdığı yeni kitabda öz əksini tapıb.

O, 1972-ci ilin 20 fevral gecəsi Sinadan üç min bədəvinin köçürülməsi əmrini verib. Bədəvilər etiraz etməyə çalışsalar da, onların etirazı heç bir nəticə verməyib. Tanklar onların yaşadığı evləri dağıdıb. Nəticədə yurdsuz-yuvasız qalan bədəvilər Negev səhrasına üz tutublar. Qışın soyuğuna tab gətirə bilməyən uşaq və qadın daxil olmaqla 40 nəfər adam donaraq dünyasını dəyişib.

Qeyd edək ki, Şaronun bədəvilərə qarşı verilən həmin o qırğın əmri bu günə qədər heç bir mənbədə qeyd olunmamış və 1972-ci il fevral ayındakı həmin əməliyyat sirr olaraq qalmışdı./ans/


1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber