Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

AKP-li namizədinə silahlı hücum

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi və məsələnin siyasi tərəfinin olmadığı bildirilib

Türkiyədə hakim Ədalət və İnkşaf Partiyasının (AKP) bələdiyyə məclisi üzvlüyünə namizəd olan Coşğun Demirkol məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb. Hadisə İstanbulun Beylikdüzü rayonunda, AKP seçki qərargahının qarşısında baş verib.

Hadisə yerinə dərhal təcili yardım çağırılsa da, mərhumun həyatını xilas etmək mümkün olmayıb.

AKP Beylikdüzü rayon təşkilatının sədri Növzat Demiröz hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini və məsələnin siyasi tərəfi olmadığını bildirib.

“Namizədimizin məruz qaldığı silahlı hücum tamamilə fərdi bir məsələyə görədir. Baş verənlərin partiyamızla heç bir əlaqəsi yoxdur. Hadisənin seçki qərargahının qarşısında baş verməsi isə təsadüfdür”.

Demiröz həmçinin hadisəni törədən şəxsin saxlanıldığını deyib.
1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
13.01.17, 09:33