Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Obamanı məhkəməyə verdilər

ABŞ-da Respublikaçı sentor və bir sıra mühafizəkar qrup Amerikan Milli Təhlükəsizlik Agentliyinin (NSA) milyonlarla Amerikalının telefon danışıqlarını toplamasına icazə verən siyasəti səbəbiylə Obama rəhbərliyini məhkəməyə verib.

Respublikaçı Partiyasından olan Kentuçi senatoru Rend Pol paytaxt Vaşinqtonda mətbuat işçilərinə açıqlama verərək, həm özləri həm də 2006-cı ildən bu yana ABŞ-da telefon xidmətlərindən istifadə edən Amerikalılar adından iddia qaldırdığını bildirib.

Pol və birlikdə hərəkət etdiyi qrup AMTA-nin milyonlarla adamın telefon danışıqlarının vaxtını, nömrələrini və digər məlumatlarını qeydə alan proqramın ABŞ Konstitusiyasının dördüncü maddəsinə zidd olduğunu bildirib.

Qeyd edək ki, AMTA-nin ictimaiyyətdə xeyli mübahisələr yaradan proqramı keçmiş Təhlükəsizlik agenti Edvard Snouden tərəfindən mətbuata sızdırılmasıyla məlum olmuşdu. Amerikanın dünya liderlərini dinləməsi bu ölkələrlə Amerika arasında münasibətlərin korlanmasına səbəb olub.
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...