Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Bakıda metrostansiya yaxınlığında partlayış: yaralanan var - (Fotolar)

Bakıda metronun “Azadlıq” stansiyası yaxınlığında partlayış olub.

Partlayış o qədər güclü olub ki, 7 və 8-ci mikraroyonlarda yerləşən binalar da silkələnib.

Partlayış “Şahənşah” restoranının qarşısındakı yeni tikilidə olub.

Həmin ərazidə yaşayan sakinlərin məlumatına görə, ətrafda olan 9 mərtəbəli binaların hamısında partlayışın gücü hiss olunub.

Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, ilkin məlumata görə, hadisəyə ərazidəki kafelərdən birində qaz sızması səbəb olub. Partlayış nəticəsində ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.

Virtualaz.org-a məlum olub ki, partlayış nəticəsində 13 saylı sərnişin avtobusuna ziyan dəyib. Avtobusun bir tərəfi tamamilə dağılıb. Hadisə nəticəsində 148 saylı sərnişin avtobusu da zərər görüb. Hadisə nəticəsində avtobusda olan bir sərnişin də yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını əraziyə yollanıb./apa/


1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11