Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Həmyerlimiz Almaniyada necə ölüb?

Almaniyaya müalicə almaq üçün gedən Salyan rayon sakini Natiq Quliyevin ölüm səbəbi məlum olub.

Natiq Quliyev Almaniyada Fürt klinikasında müalicə alırmış.

Bir neçə gün sonra əməliyyatı nəzərdə tutulan Natiq Quliyev Zindorfa qayıdıb. Bazar günü, fevralın 8-də isə otağında ölüsü tapılıb.

Artıq Almaniyada yaşayan həmyerlilərimiz mərhumun ailəsi ilə əlaqə yaradıb. Bir neçə gün sonra cəsədin Azərbaycana göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, Almaniyada vəfat edən 34 yaşlı Salyan şəhər sakini Natiq Quliyevin cəsədinin Almaniya hökuməti tərəfindən təhvil verilməsi üçün mərhumun yaxınlarının axtarıldığı barədə məlumat yayılmışdı.
1424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<