Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

İran və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Sergey Lavrov iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, İranın nüvə proqramı, xüsusilə Cenevrə razılaşması barədə fikir mübadiləsi aparıblar. Hər iki nazir ötən il noyabrın 24-də İsveçrənin Cenevrə şəhərində İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanı yüksək qiymətləndiriblər. Onlar Cenevrə razılaşmasının həyata keçirilməsi istiqamətində atılması lazım olan addımları, xüsusilə iqtisadiyyat sahəsi başda olmaqla, ikitərəfli əməkdaşlığın gücləndirilməsini də müzakirə ediblər. Bundan başqa, Cenevrə razılaşmasına uyğun olaraq yanvarın 20-dən qüvvəyə minmiş Birgə Fəaliyyət Planının İranın nüvə fəaliyyətləri ilə bağlı narahatlıqları aradan qaldıracağı vurğulanıb./apa/
1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber