Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Pakistanda terror

Pakistanda törədilən terror aktında 11 polis nəfəri ölüb, 22-si yaralanıb
Pakistanda hökumət və "Taliban" hərəkatı arasındakı danışıqlara baxmayaraq, burada terror aktları davam edir.

SalamNews–un "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, Kəraçi şəhərində polis qüvvələrini daşıyan avtobusa içərisində mina yerləşdirilmiş avtomaşınla hücum edilib. Minalanmış maşının partladılması nəticəsində 11 polis nəfəri həlak olub, 22–si yaralanıb.

Bu gün səhər saatlarında baş verən hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Bildirək ki, son vaxtlar Pakistan hökuməti ilə "Taliban" arasındakı danışıqlarda mühüm addımlar atılıb. ABŞ pilotsuz uçuş aparatlarının ölkənin şimalındakı aviahücumları da dayandırılıb.
1022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:08