Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Hümsdə müxalifətin 450 silahlısı orduya təslim olub

Suriyanın Hüms şəhərində BMT və yerli hökumət arasında əldə edilən razılaşma əsasında 55 yaşdan yuxarı, 15-dən az yaşı olanların təxliyəsi prosesi davam edir.

SalamNews–un “əl-Məyadin” telekanalına istinadla verdiyi xəbərə görə, indiyədək 1500-dən artıq insan evakuasiya edilib.

Mənbənin məlumatına əsasən, ordunun könüllü şəkildə təslim olanların əfv ediləcəkləri ilə bağlı verdiyi qərar faydasını verib. Belə ki, burada 450 silahlı ordu qüvvələrinə təslim olub.

Yeri gəlmişkən, ötən gün Cenevrədə keçirilən Suriya sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməyib. Lakin daxil olan məlumatda əcnəbi döyüşçülərin Suriyadan çıxarılmasının hər iki tərəfin qəbul etdiyi məsələ olduğu deyilir.
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP